25 mart 2026. Çərşənbə

Qarabağın rəqibi Real'a uduzdu


Qarabağın rəqibi Real'a uduzdu

İspaniya La Liqasında 5-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma keçirilib.

“Xetafe” evdə “Malyorka”nı, “Atletik” “Alaves”i məğlub edib. “Valensiya” – “Leqanes” qarşılaşmasında qalib müəyyənləşməyib. “Espanyol” doğma meydanda “Real Sosyedad”a uduzub.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” klubu isə doğma meydanında “Real”la üz-üzə gəlib. Görüş Madrid təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

İspaniya La Liqası
5-ci tur

20 sentyabr

Osasuna – Betis 0:0

21 sentyabr

Vilyarreal – Valyadolid 2:0
Qol: Kasorla, 77-pen. Ontiveros, 89.

Levante – Eybar 0:0

Atletiko – Selta 0:0

Qranada – Barselona 2:0
Qol: Aziz, 2. Vadilyo, 65-pen.

22 sentyabr

Xetafe – Malyorka 4:2
Qol: Baba, 7-öz qapısına. Molina, 33. Nyom, 63. Anxel, 84 – Budmir, 70; 77.

Espanyol – Real Sosyedad 1:3
Qol: Zaldua, 71-öz qapısına – V.Xose, 18; 34. İsak, 75.

Valensiya – Leqanes 1:1
Qol: Parexo, 21-pen – Oskar, 35.

Atletik – Alaves 2:0
Qol: R.Qarsiya, 38-pen. Muniain, 72.

Sevilya – Real 0:1
Qol: Benzema, 64.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi