21 yanvar 2026. Çərşənbə

“Barselona” və “Real”ın sabiq futbolçusu 91 yaşında vəfat etdi


“Barselona” və “Real”ın sabiq futbolçusu 91 yaşında vəfat etdi

Fransanın və İspaniyanın futbol tarixinin tanınmış simalarından olan Lüsyen Müller-Şmidt 91 yaşında vəfat edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Müller-Şmidt karyerası ərzində “Real” və “Barselona” komandalarında çıxış edib. O, həmçinin “Reyms” klubunun heyətində ən çox oyun keçirən futbolçulardan biri olub. Klubun rəsmi bəyanatında bildirilir:

“Biz onu həm istedadlı, həm də hər kəs tərəfindən hörmət edilən insan kimi xatırlayacağıq. Onun insanlığı və yeteneği klubumuz üçün dəyərli olan prinsipləri əks etdirirdi. Onunla ünsiyyət qura bilmiş hər kəs onun səmimiyyətini və mehribanlığını unuda bilməz.”

Müller-Şmidt Fransanın milli komandasında 16 oyun keçirib, 1960-cı il Avropa çempionatında iştirak edib və 1966-cı il dünya çempionatının heyətində yer alıb. Daha sonra məşqçi kimi fəaliyyət göstərmiş və 1984-85 mövsümündə “Monako”nu Fransa Kubokunun qalibi edib.







İspaniya L.L.

Karvaxaldan Ronaldo və Messi müqayisəsi
  • İspaniya L.L.
  • 16:55 20.01.2026
Karvaxaldan Ronaldo və Messi müqayisəsi
“Bu mövsüm də bombardir olacaq”
  • İspaniya L.L.
  • 16:55 19.01.2026
“Bu mövsüm də bombardir olacaq”