- İspaniya L.L.
- 23:13 22.01.2026
Konsaltinq şirkəti "Deloitte Football Money League" 2024/2025 mövsümü üzrə futbol klublarının gəlirlərinə dair reytinqini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, hesabata əsasən, Madridin “Real” klubu gəlir göstəricisinə görə dünya lideri olub.
“Real”ın mövsüm ərzində ümumi gəliri 1,16 milyard avro təşkil edib. Qeyd edək ki, əvvəlki hesabatda da Madrid təmsilçisi 1,05 milyard avro ilə ilk pillədə qərarlaşmışdı.
Gəlirlərinə görə Top-10 futbol klubu:
“Real” – 1,16 mlrd avro
“Barselona” – 974,5 mln avro
“Bavariya” – 860,6 mln avro
PSJ – 837 mln avro
“Liverpul” – 836,1 mln avro
“Mançester Siti” – 829,3 mln avro
“Arsenal” – 821,7 mln avro
“Mançester Yunayted” – 793,1 mln avro
“Tottenhem” – 672,6 mln avro
“Çelsi” – 584,1 mln avro
Beləliklə, “Real” ardıcıl üçüncü il futbol klublarının gəlirlərinə görə dünya reytinqinə başçılıq edib.
Hesabatda yer alan 20 klubun 2024/2025 mövsümü üzrə ümumi gəliri 12,4 milyard avroya çatıb ki, bu da ötən mövsümlə müqayisədə 11 faiz artım deməkdir.