24 yanvar 2026. Şənbə

"Barselona"nın futbolçusu zədəsini sağaltdı


"Barselona"nın futbolçusu zədəsini sağaltdı

“Barselona”nın yarımmüdafiəçisi Qavi zədədən sonra meydana qayıtmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu mövsümün əvvəlində dizində yaranan problem səbəbindən sıradan çıxmış və əməliyyat olunmuşdu. Qavinin bərpa prosesi artıq yekunlaşmaq üzrədir və onun geri dönüşü yaxın günlərdə baş tuta bilər.

Kataloniya klubunun məşqçilər korpusu gənc futbolçunu tələsmədən, mərhələli şəkildə əsas komanda ilə məşqlərə qoşmağı planlaşdırır. Qavi cari mövsümdə zədələnməmişdən əvvəl iki oyunda forma geyinmişdi.

İspan yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışı fevral ayına nəzərdə tutulub. “Barselona” yanvarın 25-də La Liqanın 21-ci turu çərçivəsində evdə “Real Ovyedo” ilə qarşılaşacaq.







İspaniya L.L.

"Vilyarreal" fantastik rəqibdir"
  • İspaniya L.L.
  • 23:00 23.01.2026
"Vilyarreal" fantastik rəqibdir"
"Mən oynamağa gəlmişəm"
  • İspaniya L.L.
  • 23:13 22.01.2026
"Mən oynamağa gəlmişəm"
Karvaxaldan Ronaldo və Messi müqayisəsi
  • İspaniya L.L.
  • 16:55 20.01.2026
Karvaxaldan Ronaldo və Messi müqayisəsi