- İspaniya L.L.
- 23:44 24.01.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının XXI turu çərçivəsində “Ovyedo”ya qarşı keçiriləcək oyun ərəfəsində komandanın futbolçuları Ronald Arauxo və Qavi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Marca" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Biz Arauxonun oyun vaxtına nəzarət etməliyik, onun fiziki durumunu diqqətdə saxlamalıyıq. Hazırda özünü xeyli yaxşı hiss edir və əsas heyətdə meydana çıxa bilər.
qaviyə gəlincə, onu demək olar ki, hər gün görürəm. O, məşqlərdə iştirak edir, bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirir, tədricən formasını bərpa edir və irəliləyiş göstərir. Onun üçün ən vacib məqam səbirli və sakit qalmaqdır. Biz addım-addım irəliləməliyik və tələsməməliyik. Onu qarşıda hələ çox oyunlar gözləyir. Tələskənliyə ehtiyac yoxdur. Əsas odur ki, qayıdışı problemsiz olsun”
Qeyd edək ki, Qavi hazırkı zədəsini 2025-ci ilin avqustunda alıb. Ronald Arauxo isə psixoloji problemlər səbəbindən bir neçə oyunu buraxmalı olub.