25 yanvar 2026. Bazar günü

“Real”ın müdafiəçisi bir neçə həftədir zədə ilə oynayır


“Real”ın müdafiəçisi bir neçə həftədir zədə ilə oynayır

Madrid “Real”ında ciddi zədə riski gündəmdədir.

90deqiqe.Az-ın "COPE"yə istinadən məlumata görə, komandanın mərkəz müdafiəçisi Raul Asensio artıq bir neçə həftədir stress sınığı ilə oynayır.

Məlumata əsasən, futbolçu fevral ayında fasilə götürərək bərpa prosesinə başlamağı düşünür. Lakin “Real”da müdafiə xəttində yaşanan kadr çatışmazlığı səbəbindən Asensio hazırda riskə gedərək komandasını tək qoymaq istəmir.

Bildirilir ki, gənc müdafiəçi vəziyyətin təhlükəli olduğunu başa düşsə də, həm komandaya maksimum fayda vermək, həm də Alvaro Arbeloanın rəhbərliyi altında əsas heyətdə möhkəmlənmək niyyətindədir.

Xatırladaq ki, Raul Asensio “Real”ın əsas komandasında 2024-cü ildən çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 23 matçda forma geyinib və 2 dəfə fərqlənib.







İspaniya L.L.

"Vilyarreal" fantastik rəqibdir"
  • İspaniya L.L.
  • 23:00 23.01.2026
"Vilyarreal" fantastik rəqibdir"
"Mən oynamağa gəlmişəm"
  • İspaniya L.L.
  • 23:13 22.01.2026
"Mən oynamağa gəlmişəm"