- İspaniya L.L.
- 23:44 24.01.2026
La Liqanın 21-ci turunda “Sevilya” və “Atletik” komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, "Estadio Roberto Sançez" stadionunda baş tutan görüşdə meydan sahibləri çətin qələbə qazanıb.
Matçın əvvəlində Akor Adams ilk təhlükəli epizodu yaratdı, lakin qapıçı zərbəni dəf edib. İnyigo Ruiz cərimə meydançasının kənarından zərbə endirsə də, top dəqiq alınmayıb. Birinci hissənin ortalarında Nemanya Gudelin qolu faul səbəbindən ləğv edilib. 40-cı dəqiqədə Urko Iseta müdafiəçiyə tuş gələrək qolu reallaşdıra bilməyib, lakin Roberto Navarro topu asanlıqla qapıya göndərərək hesabı açıb – 0:1. Tezliklə isə Xuanlu Sançezin ötürməsi ilə Jerard Fernandez fərqi bərabərləşdirib – 1:1.
İkinci hissədə, Yuri Berçiçe topa əllə toxunub və hakimin qərarı ilə penalti təyin olunub. 11 metrlik zərbəni Adams dəqiq yerinə yetirərək qapıçını yanıldıb – 2:1. Matçda həmçinin Kike Salasın geriyə tullanan zərbəsi xatırlanacaq, lakin qapıçı onu dəf rfib.
Hazırda hər iki komanda 24 xalla turnir cədvəlində 9-cu yeri bölüşür.