- İspaniya L.L.
- 16:11 25.01.2026
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde səfərdə “Vilyarreal” üzərində 2:0 hesablı qələbədən sonra mətbuat nümayəndələri ilə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi baş tutan qarşılaşmada komandanın qapıçısı Tibo Kurtuanın çıxışını xüsusi qeyd edib:
“Tibo qapıda olanda işimiz xeyli asanlaşır. Bilirik ki, arxamızda etibarlı qapıçı var. Meydan oyunçuları isə öz növbəsində qapımız önündə yaranan təhlükəli epizodların sayını minimuma endirməlidirlər. Biz müdafiədə çox yaxşı oynadıq, bu, həm də hücum futbolçularımıza aiddir”, — deyə futbolçunun sözlərini “kral klubu”nun mətbuat xidməti çatdırıb.
Qeyd edək ki, bu qələbədən sonra “Real” 51 xal toplayaraq İspaniya La Liqasının turnir cədvəlində birinci pilləyə yüksəlib.