25 yanvar 2026. Bazar günü

"Real Madrid"in inanılmaz oyunçuları var"


"Real Madrid"in inanılmaz oyunçuları var"

Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa komandasının keyfiyyətindən heyranlığını gizlətmir.

90deqiqe.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

 “Futbolçularımız sadəcə inanılmazdır. Mənim işim onlara bir az istiqamət vermək və onlardan nə gözlədiyimi deməkdir”

Şənbə günü “kral klubu” La Liqada səfərdə “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edərək ardıcıl üçüncü qələbəsini əldə edib. Qələbəni Kiliyan Mbappenin iki qolu təmin edib.

Alvaro Arbeloa 12 yanvar tarixində “Real”ın baş məşqçisi təyin edilib və o, həmin gün istefaya göndərilən Xabi Alonsonun yerini tutub.

Qeyd edək ki, Madrid komandası çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində Lissabonda “Benfika” ilə qarşılaşacaq.







İspaniya L.L.

"Vilyarreal" fantastik rəqibdir"
  • İspaniya L.L.
  • 23:00 23.01.2026
"Vilyarreal" fantastik rəqibdir"