- İspaniya L.L.
- 16:11 25.01.2026
Madrid “Real”ının ulduz hücumçusu Kilian Mbappe növbəti dəfə fərqlənərək komandaya qələbə qazandırıb.
90deqiqe.Az xəbər verir ki, dünən 27 yaşlı futbolçu “Vilyarreal”la səfər oyununda iki qol vurub və “kral klubu”nun 2:0 hesablı qələbəsini təmin edib. Maraqlıdır ki, Mbappe ən azı bir qol vurduğu 21 oyundan 19-da komandası qələbə qazanıb. Onun qol vura bilmədiyi 11 oyunda isə yalnız 4 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb.
“Real” La Liqa cədvəlində 51 xalla birinci yerdədir, amma 2 xal geridə qalan “Barselona” hələ 21-ci tur oyununu keçirəcək. Kiliyan Mbappe isə çempionatın bombardirlər yarışında 20 oyunda 21 qol ilə liderdir.