- İspaniya L.L.
- 16:11 25.01.2026
Madrid “Real”ının qapıçısı Tibo Kurtua komanda daxilində baş verən məşqçi dəyişikliklərindən sonra nələrin dəyişdiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, belçikalı qolkiper bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Arbeloa ilə Alonsonun fərqi? Mən elə böyük fərq görmürəm, amma hər məşqçinin öz yanaşması var və bəzi detallarda dəyişikliklər qaçılmazdır. Ola bilsin, indi hər şey daha yaxşı işləyir”
Xatırladaq ki, iki həftə əvvəl Xabi Alonso “kral klubu”nun baş məşqçi vəzifəsindən azad edilib, onun yerinə isəAlvaro Arbeloa təyin olunub.
Şənbə günü “Real” La Liqada səfərdə “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib. Yeni baş məşqçi ilə komanda oynadığı dörd oyundan üçündə qələbə qazanıb.