- İspaniya L.L.
- 22:57 25.01.2026
İspaniya La Liqasının XXI turu çərçivəsində keçirilən “Atletiko” – “Malyorka” oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Madridin “Sivitas Metropolitano” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri inamlı qələbə qazanıblar. Xose Sançes Martinesin idarə etdiyi görüş “Atletiko”nun 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Oyunda hesab 22-ci dəqiqədə madridlilərin hücumçusu Aleksander Sörlot tərəfindən açılıb. Matçın 75-ci dəqiqəsində qonaqların müdafiəçisi David Lopes avtoqola imza atıb. Qarşılaşmada son nöqtəni isə 87-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Tyaqo Almada qoyub.
Bu nəticədən sonra 21 oyunda 44 xal toplayan Madrid “Atletiko”su turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Malyorka” isə 21 xalla 16-cı yerdədir.
Növbəti turda “Malyorka” fevralın 2-də doğma meydanda “Sevilya”nı qəbul edəcək. “Atletiko” isə yanvarın 31-də səfərdə “Levante” ilə qarşılaşacaq.