26 yanvar 2026. Bazar ertəsi

“Barselona”dan evdə darmadağın


“Barselona”dan evdə darmadağın

İspaniya La Liqasının XXI turu çərçivəsində “Barselona” və “Ovyedo” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Spotify Kamp Nou” stadionunda təşkil olunan görüşdə meydan sahibləri 3:0 hesablı inamlı qələbə qazanıblar. Qarşılaşmanı Alikantedən olan baş hakim Xuan Martines Munuera idarə edib.

Matçda hesab 52-ci dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo tərəfindən açılıb. Cəmi beş dəqiqə sonra Rafinya kataloniyalıların üstünlüyünü iki topa çatdırıb. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə Lamin Yamal qoyub. Gənc hücumçu möhtəşəm qayçı zərbəsi ilə fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra 21 oyunda 52 xal toplayan “Barselona” turnir cədvəlinin lideri mövqeyini möhkəmləndirib. “Ovyedo” isə 13 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Növbəti turda “Ovyedo” yanvarın 31-də doğma meydanda “Jirona”nı qəbul edəcək. “Barselona” isə həmin gün səfərdə “Elçe” ilə qarşılaşacaq.







İspaniya L.L.

"İlk qoldan sonra qanadlarımı açdım"
  • İspaniya L.L.
  • 22:57 25.01.2026
"İlk qoldan sonra qanadlarımı açdım"
“Barselona”dan evdə darmadağın
  • İspaniya L.L.
  • 21:59 25.01.2026
“Barselona”dan evdə darmadağın