27 yanvar 2026. Çərşənbə axşamı

“Barselona” Fermin Lopeslə yeni müqavilə şərtlərini razılaşdırıb


“Barselona” Fermin Lopeslə yeni müqavilə şərtlərini razılaşdırıb

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçi Fermin Lopes ilə yeni əmək müqaviləsinin şərtlərini şifahi razılaşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçunun yeni müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Avqust ayında Lopes katalon klubunu tərk etməkdən imtina etmişdi.

Yeni razılaşmaya əsasən, onun maaşı iki dəfə artırılacaq, həmçinin çıxış haqqı (release clause) da iki dəfə yüksəldiləcək. “Blauqrana” müqavilənin rəsmi açıqlamasını 28 yanvarda Çempionlar Liqasında Kopenhagenlə keçiriləcək oyundan sonra edəcək.

Qeyd edək ki, Fermin Lopes “Barselona”nın yetirməsidir. O, 13 yaşında “Betis” akademiyasından katalon klubuna keçib. Hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümdə “Barselona” 52 xalla La Liqa cədvəlində liderdir.







İspaniya L.L.

"İlk qoldan sonra qanadlarımı açdım"
  • İspaniya L.L.
  • 22:57 25.01.2026
"İlk qoldan sonra qanadlarımı açdım"
“Barselona”dan evdə darmadağın
  • İspaniya L.L.
  • 21:59 25.01.2026
“Barselona”dan evdə darmadağın