- İspaniya L.L.
- 16:20 27.01.2026
Madrid “Real”ının sabiq futbolçusu Anxel Di Mariya “kral klubu”nun yeni baş məşqçisi Alvaro Arbeloa barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, argentinalı futbolçu gənc mütəxəssisin işinə ehtiyatla yanaşdığını bildirib:
“Arbeloanın necə məşqçi olduğunu dəqiq deyə bilmərəm. Başlanğıc o qədər də uğurlu olmadı, amma o, vəziyyəti tez bir zamanda düzəldə bildi. Hesab edirəm ki, onun uğur qazanmaq şansı var”
Xatırladaq ki, Alvaro Arbeloa “Real”ın baş məşqçisi postunda digər ispan mütəxəssis Xabi Alonsonu əvəzləyib. Hazırda, yanvarın 27-nə olan vəziyyətə görə, Madrid təmsilçisi La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan cəmi bir xal geri qalır. “Real” növbəti oyununu Çempionlar Liqasında “Benfika”ya qarşı keçirəcək.