27 yanvar 2026. Çərşənbə axşamı

“Real” Endriki “Lion”a icarəyə göndərdiyinə görə peşmandır


“Real” Endriki “Lion”a icarəyə göndərdiyinə görə peşmandır

“Real Madrid” rəhbərliyi hücumçu Endriki “Lion”a icarəyə göndərmək qərarından narazıdır.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumata görə,  braziliyalı futbolçunun “Mets”lə oyunda vurduğu het-trik İspaniyada böyük marağa səbəb olub.

Mənbə bildirir ki, Madrid mətbuatı və “kral klubu”nun rəhbərliyi Endrikin müvəqqəti olaraq Fransa klubuna göndərilməsinə görə peşmanlıq hissi keçirir. Baş məşqçi Xabi Alonsonun bu qərarı tənqid atəşinə tutulub. Bu fonda “Lion” gənc hücumçunun oyunundan və mediada yaratdığı təsirdən böyük qazanc əldə edir. Endrikin Fransa futbolunda yaratdığı rezonans Liqa 1-də Kilian Mbappenin karyerasının ilk mərhələsi ilə müqayisə olunur.

Qeyd edək ki, Endrik cari mövsümün sonuna qədər “Lion”da icarə əsasında çıxış edir. Hücumçu bu mövsüm Fransa klubunun heyətində bütün turnirlər üzrə üç oyuna çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.







İspaniya L.L.

"İlk qoldan sonra qanadlarımı açdım"
  • İspaniya L.L.
  • 22:57 25.01.2026
"İlk qoldan sonra qanadlarımı açdım"
“Barselona”dan evdə darmadağın
  • İspaniya L.L.
  • 21:59 25.01.2026
“Barselona”dan evdə darmadağın