- İspaniya L.L.
- 15:58 28.01.2026
“Barselona”nın yarımmüdafiəçisi Qavi komanda yoldaşı Dro Fernandesin PSJ-yə transferinə mənfi reaksiya verib.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumata görə, ispaniyalı futbolçu klub rəhbərliyinin bu keçidin qarşısını almaq üçün yetərincə addım atmamasından narazıdır. Bildirilir ki, Qavi transferin rəsmiləşməsindən sonra böyük məyusluq yaşayıb.
18 yaşlı Dro Fernandes yanvarın 26-da “Barselona”dan PSJ-yə keçib. Transfer 8 milyon avro qarşılığında baş tutub. Gənc yarımmüdafiəçi Paris klubu ilə 2030-cu ilin iyununa qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.