28 yanvar 2026. Çərşənbə

“Real Madrid”in yay planı


“Real Madrid”in yay planı

Madrid “Real”ı yanvar transfer pəncərəsində aktiv olmayacaq.

90deqiqe.Az-ın "Cadena SER"ə istinadən məlumata görə, bununla belə, “kral klubu” yay transfer dönəmində heyəti gücləndirməyi planlaşdırır. Klubun əsas məqsədlərindən biri müdafiə xəttində, xüsusilə də mərkəz müdafiə mövqeyində güclənməkdir.

Yayda “Real” bir və ya iki mərkəz müdafiəçisi transfer edə bilər. Madrid təmsilçisi yayda azad agent ola biləcək bir neçə futbolçu ilə danışıqları sürətləndirib.

Potensial namizədlər sırasında “Liverpul”un üzvü İbrahima Konate və “Bavariya”nın müdafiəçisi Dayo Upamekano var. Daha əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, Münhen klubu Upamekanodan müqavilənin uzadılması ilə bağlı təklifə fevral ayının ortalarına qədər cavab gözləyir.







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı