29 yanvar 2026. Cümə axşamı

“2025-ci ilin “Qızıl top”una layiq idim”


“2025-ci ilin “Qızıl top”una layiq idim”

“Barselona”nın vingeri Rafinya 2025-ci il üzrə “Qızıl top” mükafatına layiq olduğunu düşünür.

90deqiqe.Az xəbər verir ki, "Sofascore" təcrübəli futbolçunn dediklərini belə çatdırıb.

“Çox məyus oldum. Ən azı ilk üçlükdə yer alacağımı gözləyirdim. Özümü hansı pillədə görürəm? Birinci yerdə. Fərdi mükafat yalnız bir turnirdən asılı olmamalıdır. Qazandığım titullara, əldə etdiyim statistik göstəricilərə və komandaya verdiyim töhfəyə görə düşünürəm ki, bu mükafata layiq idim”

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə beşinci yeri tutub. Mükafata isə Fransanın PSJ klubunda çıxış edən Usman Dembele sahib çıxıb.

Əlavə edək ki, hazırda “Barselona” İspaniya La Liqasının turnir cədvəlinə liderlik edir. Kataloniya təmsilçisi ikinci pillədə qərarlaşan “Real”ı 1 xal qabaqlayır.







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı