- İspaniya L.L.
- 23:21 30.01.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada qarşıdakı “Elçe” oyunu barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Mövsümün həlledici mərhələləri yaxınlaşır – ən önəmli dövr gəlib çatıb. Hər oyun hesab olunur, çünki oyunların sayı getdikcə azalır. Biz tam konsentrasiya olunmalı və diqqətli olmalıyıq. Qarşıda ‘Elçe’ var. Onlar çox yaxşı oynayırlar, cəsur hərəkət edirlər. Maraqlı futbol nümayiş etdirirlər və çox imkanlar yaradırlar. Onların oyununu izləməkdən həzz alıram.”
Qeyd edək ki, “Elçe” və “Barselona” yanvarın 31-də, Bakı vaxtı ilə saat 00:00-da La Liqa çərçivəsində qarşılaşacaqlar. Turnir cədvəlinə nəzər salsaq, “Barselona” liderliyi qoruyur, “Elçe” isə 11-ci pillədə qərarlaşıb.