31 yanvar 2026. Şənbə

“Real" mənim üçün bir nömrə klubdur”


“Real" mənim üçün bir nömrə klubdur”

 Belçikalı ulduz Eden Hazard keçmiş klubları “Çelsi” və “Real” arasında seçim edib.  

90deqiqe.Az xəbər verir ki, "The Touchline" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Mənim oynadığım klublar arasında ən yaxşısı ‘Çelsi’dir? Xeyr. ‘Real’ daha yaxşıdır. ‘Çelsi’dəki vaxtım inanılmaz idi, amma ‘Real’ klub olaraq ən yaxşıdır. Bir nömrədir.”

Hazard 2012-2019-cu illərdə “Çelsi”də parlaq çıxışlar nümayiş etdirib. Sonrakı illərdə isə İspaniyanın “Real” klubuna keçib, lakin burada uğur qazana bilməyib. İlk təlim-məşq toplanışına artıq çəkidə gələn belçikalı futbolçunu sonra xəsarətlər də izləyib.

Qeyd edək ki, Eden Hazard  32 yaşında karyerasını başa vurub. “Real”da o, 76 matçda 7 qol vurub və 12 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı