31 yanvar 2026. Şənbə

“Çox qol buraxırıq, buna görə geri dönüşlər baş verir”


“Çox qol buraxırıq, buna görə geri dönüşlər baş verir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandası tərəfindən buraxılan çox sayda qola münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Çox top buraxırıq, buna görə də geri dönüşlər baş verir. Bizim əsas yanaşmamız həmişə özümüzə inanmaqdır, amma daha yaxşı olmalı və xüsusilə matçların əvvəlində daha etibarlı hərəkət etməliyik”

21 oyundan sonra “Barselona” 52 xal toplayaraq İspaniya La Liqasının turnir cədvəlində liderdir. Kataloniyalılar ikinci pillədəki “Real Madrid”i yalnız bir xal qabaqlayırlar. Cari mövsümün bu hissəsində “Barselona” 57 qol vuraraq mövsümün ən məhsuldar komandasıdır. Lakin buraxılan 22 qolla, kataloniyalılar ilk dördlükdə ən çox qol buraxan komanda olublar.







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı