- İspaniya L.L.
- 18:15 31.01.2026
“Real” klubunun baş məşqçisi Alvaro Arbeloa komandanın heyətində “toxunulmaz” futbolçuların olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis mümkün müzakirələri başa düşdüyünü desə də, hər zaman meydanda ən yaxşı futbolçuları görmək istədiyini bildirib:
“Heyətlə bağlı mübahisələri anlayıram, amma mən həmişə meydanda ən güclüləri görmək istəyirəm. Onlar nə qədər çox oynasalar, bir o qədər yaxşıdır. Məsələn, ‘Vilyarreal’la oyunda qol Vinisiusun iştirak etdiyi çox yaxşı kombinasiyadan sonra vuruldu. Bu futbolçular istənilən an oyunun taleyini dəyişə bilərlər. ‘Real’ın azarkeşi olmayan elə insanlar tapılar ki, onları meydanda görmək istəməsinlər”.
Qeyd edək ki, La Liqanın 21-ci turunda “Real” “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib. Görüşdə hər iki qolu Kilian Mbappe vurub.