17 mart 2026. Çərşənbə axşamı

Reşford “Barselona”da ikinci nəfəsini tapdı


Reşford “Barselona”da ikinci nəfəsini tapdı

Markus Reşfordun “Mançester Yunayted”ə qayıdışı real görünmür.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumata görə, İngiltərə millisinin hücumçusu “Barselona”da karyerasında yeni mərhələyə qədəm qoyub və burada özünü çox rahat hiss edir.

Mənbədə qeyd olunur ki, Reşfordun komandadakı mühiti onun performansına müsbət təsir göstərib. Futbolçu Rafinya, Erik Qarsiya, Voyçex Şesni və Lamin Yamal ilə yaxın münasibətlər qurub. Bundan əlavə, dənizə yaxın yaşaması, balıqçılıqla məşğul olması, padel oynaması və ispan dilini öyrənməsi Reşfordun adaptasiya prosesini sürətləndirib.

Hazırda “Barselona”da icarə əsasında çıxış edən Markus Reşford “mavi-qranatlar”ın heyətində 31 rəsmi matçda 9 qol vurub və 12 assist edib.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə
"Atletiko"ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:48 14.03.2026
"Atletiko"ya bir qol bəs etdi