1 fevral 2026. Bazar günü

“Barselona”nın prezidenti Fermin Lopeslə müqavilənin uzadılmasını şərh edib


“Barselona”nın prezidenti Fermin Lopeslə müqavilənin uzadılmasını şərh edib

“Barselona”nın prezidenti Joan Laporta komandanın hücum yönümlü yarımmüdafiəçisi Fermin Lopeslə müqavilənin uzadılmasını şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" funksionerin dediklərini belə çatdırıb.

“Fermin — qeyri-adi istedada malik oyunçudur. Uşaqlıqdan bəri futbolda özünü digərlərindən fərqli hiss edib və baş məşqçi Hans-Diter Flik həmişə onun bacarıqlarını yüksək qiymətləndirir. Onun müqaviləsinin 2031-ci ilə qədər uzadılması əla xəbərdir. Bu, həm indiyə, həm də gələcəyə yönəlmiş iş aparan Deku üçün böyük nailiyyətdir (Barselona-nın idman direktoru — red.), qış transfer pəncərəsində oyunçu satışlarından 9 milyon avro qazandıq”

Qeyd edək ki, Fermin Lopes “Barselona” akademiyasının yetirməsidir. O, 13 yaşında “Betis” akademiyasından Kataloniya klubuna transfer olunub. Böyük komanda ilə Lopes indiyədək bütün turnirlərdə 114 oyunda iştirak edib, 29 qol vurub və 22 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.







İspaniya L.L.

“Atletiko” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 23:40 31.01.2026
“Atletiko” səfərdə xal itirdi
“Real”da toxunulmaz futbolçu yoxdur"
  • İspaniya L.L.
  • 18:09 31.01.2026
“Real”da toxunulmaz futbolçu yoxdur"