13 mart 2026. Cümə

“Atletiko” səfərdə xal itirdi


“Atletiko” səfərdə xal itirdi

İspaniya La Liqasının XXII turu çərçivəsində “Levante” və “Atletiko” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Valensiyada yerləşən “Siudad de Valensiya” stadionunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb. Baş hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirib. Matçda komandalar azarkeşləri qollarla sevindirə bilməyiblər.

22 oyundan sonra Madrid “Atletiko”su 45 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Levante” isə 21 oyundan sonra 18 xal toplayaraq 19-cu sıradadır.

Növbəti turda “Atletiko” fevralın 8-də doğma meydanda “Betis”lə qarşılaşacaq. Eyni gün “Levante” səfərdə Bilbao “Atletik”i ilə üz-üzə gələcək.







İspaniya L.L.

“VAR məni narahat edir”
  • İspaniya L.L.
  • 16:57 11.03.2026
“VAR məni narahat edir”
Rodriqo əməliyyat olundu
  • İspaniya L.L.
  • 23:39 10.03.2026
Rodriqo əməliyyat olundu