1 fevral 2026. Bazar günü

“Barselona” səfərdə “Elçe”yə qalib gəldi


“Barselona” səfərdə  “Elçe”yə qalib gəldi

İspaniya La Liqasının XXII turu çərçivəsində “Elçe” və “Barselona” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Elçedə yerləşən “Manuel Martinez Valero” stadionunda keçirilən görüşdə qonaqlar 3:1 hesablı qələbə qazanıblar. Baş hakim funksiyasını Alehandro Munis Ruiz yerinə yetirib.

Matçın 6-cı dəqiqəsində “Barselona”nın hücumçusu Lamin Yamal hesabı açıb. 29-cu dəqiqədə ev sahiblərinin forvardı Alvaro Rodriqes hesabı bərabərləşdirib. 40-cı dəqiqədə Ferran Torres qonaqları yenidən önə çıxarıb. 72-ci dəqiqədə Markus Raşford “Elçe”nin qapısına üçüncü qolu vuraraq matçın yekun hesabını müəyyənləşdirib – 3:1.

22 oyundan sonra “Barselona” 55 xalla turnir cədvəlinə başçılıq edir. “Elçe” isə 24 xalla 14-cü pillədə qərarlaşıb.

Növbəti turda “Barselona” fevralın 7-də doğma meydanda “Mayorka” ilə qarşılaşacaq. Eyni gün “Elçe” səfərdə “Real Sosyedad”ın qonağı olacaq.







İspaniya L.L.

“Atletiko” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 23:40 31.01.2026
“Atletiko” səfərdə xal itirdi
“Real”da toxunulmaz futbolçu yoxdur"
  • İspaniya L.L.
  • 18:09 31.01.2026
“Real”da toxunulmaz futbolçu yoxdur"