- İspaniya L.L.
- 21:22 01.02.2026
İspaniya La Liqasının 22-ci turunda Madrid “Real”ı doğma meydanda “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumata görə, matç Santiaqo Bernabeu stadionunda keçirilib və baş hakim İsidro Dias de Mera Eskuderos olub.
Görüşdə hesab 15-ci dəqiqədə Vinisius Juniorun qolu ilə açılıb. “Rayo Valyekano” 49-cu dəqiqədə Xorxe de Frutosun zərbəsi ilə hesabı bərabərləşdirib – 1:1.
81-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Pate Siss birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib. Oyunun son dəqiqələrində 90+10-cu dəqiqədə Kilian Mbappe penalti zərbəsi ilə “Real”ı qələbəyə çıxarıb – 2:1.
Bu nəticə ilə Madrid təmsilçisi 22 turdan sonra 54 xalla ikinci pillədə, “Rayo Valyekano” isə 22 xalla 17-ci sıradadır.
Növbəti turda “Rayo Valyekano” 7 fevralda evdə “Ovyedo” ilə qarşılaşacaq. Madrid “Real” isə 8 fevralda səfərdə “Valensiya” ilə üz-üzə gələcək.