1 fevral 2026. Bazar günü

“Betis” “Valensiya”ya qalib gəldi


“Betis” “Valensiya”ya qalib gəldi

İspaniya La Liqasının 22-ci turu çərçivəsində “Betis” və “Valensiya” arasında baş tutan qarşılaşma dramatik məqamlarla yadda qalıb.

90deqiqe.Az-ın məlumata görə, oyunun əvvəlində “Betis”in futbolçusu Abde Ez cərimə meydançasından qeyri-dəqiq zərbə endirib. Az sonra isə “Valensiya” penalti qazanıb. Arno Danjuma Aytor Ruibal ilə toqquşmadan sonra rəqibin cərimə meydançasında yerə yıxılıb.

Penaltini yerinə yetirən Pepelu topu dirəyin yanına göndərsə də, qapıçı vaxtında reaksiya verərək topu künc zərbəsinə çıxarıb. 20-ci dəqiqədə Lukas Beltranın ötürməsindən sonra Luis Rioxa hesabı açıb – 0:1.

Bundan dərhal sonra Ruibal Xose Kopete ilə mübarizədə penalti qazandırıb. Esekiel Avila 11 metrlik zərbəni mərkəzə vurub, qapıçı isə küncə uzanıb – 1:1. Abde Ez həm birinci hissədə, həm də fasilədən sonra daha bir neçə real qol imkanından yararlana bilməyib.

Görüşün sonlarına yaxın, 88-ci dəqiqədə “Betis” qələbə qolunu vurub. Pablo Fornals ardıcıl iki zərbə endirib: birincisi müdafiəçiyə dəyib, ikincisi isə tora gedib – 2:1.

Bu nəticədən sonra “Betis” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Valensiya” isə 15-ci sırada yer alır.







İspaniya L.L.

“Betis” “Valensiya”ya qalib gəldi
  • İspaniya L.L.
  • 21:40 01.02.2026
“Betis” “Valensiya”ya qalib gəldi
“Atletiko” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 23:40 31.01.2026
“Atletiko” səfərdə xal itirdi
“Real”da toxunulmaz futbolçu yoxdur"
  • İspaniya L.L.
  • 18:09 31.01.2026
“Real”da toxunulmaz futbolçu yoxdur"