2 fevral 2026. Bazar ertəsi

Uilyams “Atletik”ə bir neçə həftə kömək edə bilməyəcək


Uilyams “Atletik”ə bir neçə həftə kömək edə bilməyəcək

“Atletik”in qanad oyunçusu Niko Uilyams yaxın aylarda komandaya kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Məlumata görə, 23 yaşlı futbolçu əvvəlki müalicə kursundan nəticə ala bilmədiyi üçün bud nahiyəsi ilə bağlı yeni müalicə kursu keçməlidir. Təxminən 6-8 həftə meydandan kənar qalacağı gözlənilir.

Cari mövsümdə Uilyams 23 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, “Atletik” 4 fevral, çərşənbə günü İspaniya Kubokunun 1/4 finalında səfərdə “Valensiya” ilə qarşılaşacaq. Oyunun başlanma vaxtı Bakı vaxtı ilə saat 00:00-dır.







İspaniya L.L.

“Barselona”ya ciddi zərbə
  • İspaniya L.L.
  • 21:26 02.02.2026
“Barselona”ya ciddi zərbə
Ter Ştegen 2 ay oynaya bilməyəcək
  • İspaniya L.L.
  • 21:21 02.02.2026
Ter Ştegen 2 ay oynaya bilməyəcək
“Betis” “Valensiya”ya qalib gəldi
  • İspaniya L.L.
  • 21:40 01.02.2026
“Betis” “Valensiya”ya qalib gəldi