- İspaniya L.L.
- 22:31 02.02.2026
“Barselona” hücumçusu Ferran Torreslə əməkdaşlığı davam etdirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Diario SPORT"a istinadən məlumata görə, ispan futbolçunun mövsüm ərzində göstərdiyi yüksək oyun klubun bu qərarında əsas rol oynayıb.
25 yaşlı mövcud müqaviləsi 2027-ci ilin yayında başa çatacaq və cari mövsümün sonunda yalnız bir il müddətində qüvvədə olacaq. Torres “Barselonaya” 2022-ci ildə “Mançester Siti”dən transfer olunub.
Ehtimallara görə, “Barselona” Robert Levandovskinin müqaviləsini uzatmayacaq, buna görə Torres növbəti mövsümdə komandanın əsas hücumçusu ola bilər.
Cari mövsümdə o, bütün turnirlərdə 29 oyunda 16 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.