3 fevral 2026. Çərşənbə axşamı

"Ümid edirəm ki, ömrümün sonuna qədər "Barselona"da qala bilərəm"


"Ümid edirəm ki, ömrümün sonuna qədər "Barselona"da qala bilərəm"

“Barselona”nın cinah hücumçusu Lamin Yamal gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" futbolçunun dediklərini belə çatdırıb.

“Ümid edirəm ki, ömrümün sonuna qədər burada qala bilərəm. Dünyanın ən yaxşı klubunda və ən gözəl şəhərində hər gündən zövq almaq istəyirəm”

18 yaşlı hücumçu əlavə edib ki, “blauqrana”nın yaxın hədəfi İspaniya Kubokunu qazanmaqdır. Qeyd edək ki, bu gün, fevralın 3-də Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv səfərdə “Albasete” ilə Kral Kubokunun 1/4 final oyunu keçirəcək.

Mövsüm ərzində Lamin Yamal bütün turnirlər üzrə “Barselona”nın heyətində 28 oyunda iştirak edib, 13 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

"Qavinin qayğısına qalacağıq"
  • İspaniya L.L.
  • 12:41 03.02.2026
"Qavinin qayğısına qalacağıq"
“Barselona”ya ciddi zərbə
  • İspaniya L.L.
  • 21:26 02.02.2026
“Barselona”ya ciddi zərbə
Ter Ştegen 2 ay oynaya bilməyəcək
  • İspaniya L.L.
  • 21:21 02.02.2026
Ter Ştegen 2 ay oynaya bilməyəcək
“Betis” “Valensiya”ya qalib gəldi
  • İspaniya L.L.
  • 21:40 01.02.2026
“Betis” “Valensiya”ya qalib gəldi