- İspaniya L.L.
- 23:56 03.02.2026
“Barselona” klubunun əfsanəsi Andres İnyesta katalonların yarımmüdafiəçisi Pedri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Pedri topla özünü çox rahat hiss edir və daim oyunun içində olur. O, oyunu qurmağı bacarır, eyni zamanda rəqibin balansını poza bilir. Bu, güclü keyfiyyətlərə malik, çoxşaxəli futbolçudur və inkişafını davam etdirəcək”
Qeyd edək ki, cari mövsümdə 23 yaşlı Pedri bütün turnirlər üzrə 25 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Barselona” 3 fevral, çərşənbə axşamı İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Albasete” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.