- İspaniya L.L.
- 21:49 04.02.2026
“Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone qış transferində heyətə qoşulan hücumçu Ademola Lukman haqqında danışıb.
90deqiqe.Az xəbər verir ki, "Sport.es" çalışdırıcının dediklərini belə çatdırıb.
“Ademola gücə, sürətə və oyunun gedişatını dəyişdirmək bacarığına malikdir. Ümid edirik ki, komandaya kömək edə biləcək. Biz yaxşı futbolçuları bir araya gətirməliyik”.
Nigeriyalı futbolçu “Atalanta”dan “matraslılar”ın komandası ilə müqavilə imzalayıb.
28 yaşlı hücumçunun transferi Madrid təmsilçisinə 35 milyon avroya başa gəlib. Ademola “Atletiko” ilə uzunmüddətli müqavilə imzalayıb və onun müddəti 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.