- İspaniya L.L.
- 21:49 04.02.2026
İcarə əsasında “Jirona”da çıxış edən müqavilə ilə “Barselona”ya məxsus olan qapıçı Mark-Andre ter Ştegen məliyyat olunacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytları məlumat yayıb.
Futbolçu əvvəlcə İspaniya çempionatında “Oviedo”ya qarşı oyunda Achilles əzələsini zədələmişdi. “Mark-Andre ter Ştegen gələn cümə günü əməliyyat olunacaq. Onun meydandan kənarda qalma müddəti əməliyyatdan sonra müəyyənləşdiriləcək”, – “Jirona”nın mətbuat xidməti xəbər yayıb.
Bu artıq Ter Ştegenin bu mövsümdə ikinci zədəsidir. Mövsümün əvvəlində qapıçı bir neçə ay onurğa problemləri səbəbindən meydana çıxa bilməmişdi.
33 yaşlı futbolçunun bazar dəyəri Transfermarkt portalına görə 7 milyon avrodur. Ter Ştegen “Jirona”da yalnız 2 oyunda çıxış edib və bu matçlarda 2 qol buraxıb.