- İspaniya L.L.
- 23:50 04.02.2026
İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kilian Mbappe yanvar ayının ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransız hücumçu qapıçı Tibo Kurtua, yarımmüdafiəçilər Arda Gülər və Federiko Valverde, həmçinin hücumçu Vinisius Junioru geridə qoyub.
Yanvar ayında Mbappe beş matçda iştirak edib və səkkiz qol vurub. Mbappe 2024-cü ildə PSG-dən “Real”a sərbəst agent kimi transfer olunub. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.
Cari mövsümdə futbolçu “Real”ın heyətində 30 oyunda çıxış edib, 37 qol vurub və beş məhsuldar ötürmə həyata keçirib.