- İspaniya L.L.
- 11:55 05.02.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Markus Reşfordun oyunundan ümumilikdə razı qalsa da, hücumçunun bəzi komponentlərdə inkişaf etməli olduğunu düşünür.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumata görə, ingiltərəli futbolçu katalon klubunda keçirdiyi qısa müddət ərzində məhsuldar çıxışı ilə skeptiklərin tənqidlərini arxa plana atıb.
Bununla belə “blauqrana”nın çalışdırıcısı Reşfordun rəqib qapısı qarşısında daha soyuqqanlı və dəqiq olmasını tələb edir. Xüsusilə son ötürmə və zərbə keyfiyyəti Flikin diqqət mərkəzindədir.
Alman mütəxəssis hesab edir ki, 28 yaşlı futbolçu bu məqamlarda irəliləyiş edərsə, öz potensialını “Barselona”da tam şəkildə reallaşdıra bilər.
Xatırladaq ki, Markus Reşford mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edir. Katalon klubunun futbolçunu 30 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququ var.