5 fevral 2026. Cümə axşamı

“Formamda soyadım yox, adım olsun istədim”


“Formamda soyadım yox, adım olsun istədim”

Madrid “Atletiko”sunun hücumçusu Culiano Simeone formasında soyadını yazdırmama səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Movistar" Simeonenin dediklərini belə çatdırıb. 

“‘Atletiko’nun gənclər komandasında adım ilk dəfə forma üzərinə yazıldı. Qardaşlarım və atam Simeone soyadını daşıyırdı, amma mən həmişə öz yolumu seçmək istədim. Buna görə də mənim üçün formamda adımın yazılması önəmlidir. Bu mənim qərarım idi və bəyənmişəm. İstəyirəm insanlar məni Culiano kimi tanısınlar”.

Culiano 2019-cu ildən “Atletiko” sistemində çıxış edir. Cari mövsümdə La Liqada o, 20 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Həmçinin forvard Çempionlar Liqasının qrup mərhələsində 7 matçda 2 qol vurub.







İspaniya L.L.

“Reşford daha da yaxşı ola bilər”
  • İspaniya L.L.
  • 11:55 05.02.2026
“Reşford daha da yaxşı ola bilər”
Kilian Mbappe ən yaxşı seçildi
  • İspaniya L.L.
  • 23:50 04.02.2026
Kilian Mbappe ən yaxşı seçildi
Ter Ştegen əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:49 04.02.2026
Ter Ştegen əməliyyat olunacaq