23 mart 2026. Bazar ertəsi

Levandovski “Barselona”da ehtiyat oyunçu kimi də qalmağa razıdır


Levandovski “Barselona”da ehtiyat oyunçu kimi də qalmağa razıdır

“Barselona”nın hücumçusu Robert Levandovski klubda ehtiyat oyunçu rolunda qalmağa hazırdır.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən məlumata görə, 37 yaşlı futbolçu cari mövsümdə start heyətində daimi yerə malik deyil.

Əvvəlki illərdə ulduz polşalı əsas heyətdəki statusunu itirsəydi, klubdan ayrılmaq barədə ciddi düşünə bilərdi. Lakin hazırda vəziyyət fərqlidir. Təcrübəli forvard yaşının artdığını və əvvəlki səviyyəni qorumağın çətinləşdiyini anlayır, bu səbəbdən də rotasiya oyunçusu rolunu qəbul etməyə hazırdır.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi qarşıdakı yay başa çatır. Kataloniya klubu isə hələlik “Bavariya”nın sabiq ulduzu ilə əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı yekun qərar verməyib.







İspaniya L.L.

"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi