6 fevral 2026. Cümə

Qrizmann Lukmanın debütünü dəyərləndirdi


Qrizmann Lukmanın debütünü dəyərləndirdi

Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann komandanın yeni transferi Ademola Lukman haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, fransalı forvard bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Soyunub-geyinmə otağındakı mühit, klubun strukturu və azarkeşlərin dəstəyi futbolçular üçün böyük üstünlükdür. Biz vahid komandayıq və yeni futbolçular ilk gündən kollektivə inteqrasiya olunur. Yeni transferlərin çıxışından zövq almalıyıq və onlara öz potensiallarını göstərmək imkanı verməliyik”.

İspaniya Kubokunun 1/4 final mərhələsində “Atletiko” doğma meydanda “Betis”i 5:0 hesabı ilə məğlub edib. Debüt matçına çıxan Lukman bir qol vurub və bir məhsuldar ötürmə edib. Qrizmann da görüşdə adını tabloya yazdıran futbolçulardan olub.

Qeyd edək ki, nigeriyalı futbolçunun “Atalanta”dan “Atletiko”ya transferi Madrid klubuna 35 milyon avroya başa gəlib.







İspaniya L.L.

“Reşford daha da yaxşı ola bilər”
  • İspaniya L.L.
  • 11:55 05.02.2026
“Reşford daha da yaxşı ola bilər”
Kilian Mbappe ən yaxşı seçildi
  • İspaniya L.L.
  • 23:50 04.02.2026
Kilian Mbappe ən yaxşı seçildi
Ter Ştegen əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:49 04.02.2026
Ter Ştegen əməliyyat olunacaq