27 sentyabr 2026. Bazar günü

Rafinya “Malyorka” matçında oynamaya bilər


Rafinya “Malyorka” matçında oynamaya bilər

“Barselona”nın futbolçusu Rafinya Dias hələ də son zədəsindən tam sağalmayıb.  

90deqiqe.Az-ın "Diario Sport"a istinadən məlumata görə, 29 yaşlı qanad oyunçusu cümə axşamı “mavi-qırmızılar”ın məşqində iştirak etməyib.Braziliyalının şənbə günü keçiriləcək “Malyorka” matçında oynayıb-oynamayacağı hələ bilinmir.

Qeyd edək ki, o, Kral Kubokunda “Albasete”yə qarşı keçirilən matçı buraxıb, La Liqada isə “Elçe” ilə oyunda fasilədə əvəzlənmişdi. “Barselona” La Liqanın 23-cü turunda “Malyorka” ilə ev oyununu şənbə günü keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Bu mövsümdə Rafinya 22 oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə həyata keçirib.







İspaniya L.L.