24 mart 2026. Çərşənbə axşamı

“Onun səviyyəsi inanılmazdır”


“Onun səviyyəsi inanılmazdır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik vinger Lamin Yamal barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, almaniyalı mütəxəssis gənc futbolçunun inkişafından məmnun olduğunu bildirib:

“Yamal? Ondan çox razıyam. O, böyük irəliləyiş əldə edib. Ən önəmlisi isə futboldan zövq almasıdır. Biz də məhz bunu istəyirik. O, diqqətlidir və biz ona dəstək oluruq. Onun səviyyəsi inanılmazdır və qarşıda hələ ortaya qoyacağı böyük potensialı var”, — deyə Flik vurğulayıb.

Qeyd edək ki, bu mövsüm Lamin Yamal “Barselona”nın heyətində 29 oyunda meydana çıxıb, 14 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Kataloniya təmsilçisi fevralın 7-də evdə “Malyorka” ilə üz-üzə gələcək.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi