- İspaniya L.L.
- 17:37 06.02.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Robert Levandovskinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, almaniyalı mütəxəssis polşalı futbolçunun indiki mövsümə fokuslanmasının vacib olduğunu bildirib:
“Levandovski növbəti mövsüm barədə düşünməməlidir, diqqətini indiki mövsümə yönəltməlidir. O, işini yaxşı görür. Bilirəm ki, “Barselona”da oynamaqdan zövq alır. Gələcəkdə nə olacağını bilmirəm, indi bu mövzuda danışmaq üçün vaxt deyil”, — deyə Flik mətbuat konfransında bildirib.
Qeyd edək ki, 37 yaşlı Robert Levandovskinin “Barselona” ilə mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. Daha əvvəl Kataloniya klubunun polşalı hücumçunu komandada saxlamaq istədiyi ilə bağlı məlumatlar yayılmışdı.
Hazırda “Barselona” La Liqanın turnir cədvəlinə liderlik edir və “Real”ı bir xal qabaqlayır.