- İspaniya L.L.
- 21:42 13.05.2026
"Real Madrid"in futbolçusu Ferlan Mendi zədələnib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun sol ayağında problem aşkarlanıb. Fransalı oyunçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.
Qeyd edək ki, Mendi iyun ayında Fransa "Lion"unda "Real Madrid"ə keçib.