27 sentyabr 2026. Bazar günü

"Pedri qayıdışa yaxındır, Rafinya hələ hazır deyil"


"Pedri qayıdışa yaxındır, Rafinya hələ hazır deyil"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Malyorka” ilə keçiriləcək matç öncəsi Rafinya və Pedrinin vəziyyətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Rafinianın durumu gündən-günə qiymətləndirilir. Hazırda o, oyunda iştirak etmir. Tibb heyətinin icazəsini aldıqdan sonra komandaya qayıdacaq. Hər şeyi addım-addım edirik. Pedri? Onun qayıdışına az vaxt qalıb, hər şey plana uyğun irəliləyir və o, inkişafını davam etdirir”, — deyə Flik vurğulayıb.

Qeyd edək ki, “Barselona” – “Malyorka” oyunu fevralın 7-də, saat 19:15-də (Bakı vaxtı ilə) baş tutacaq.







İspaniya L.L.