24 mart 2026. Çərşənbə axşamı

“Barselona” Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırır


“Barselona” Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırır

Yarımmüdafiəçi Fermin Lopeslə müqavilə uzadıldıqdan sonra “Barselona” rəhbərliyinin növbəti hədəfi hücumçu Ferran Torreslə yeni anlaşmanın əldə olunmasıdır.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, Kataloniya klubunun idman direktoru Deku futbolçu ilə müqavilənin uzadılmasını prioritet hesab edir.

Ferran Torresin “Barselona” ilə mövcud müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Qeyd olunur ki, 25 yaşlı hücumçuya bir neçə klub maraq göstərir. Buna baxmayaraq, həm futbolçu, həm də “Barselona” tərəfi əməkdaşlığın davam etdirilməsinə müsbət yanaşır.

Ferran Torres 2022-ci ilin yanvarından “blauqrana”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 30 oyunda 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına əsasən, futbolçunun transfer dəyəri 50 milyon avrodur.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi