- İspaniya L.L.
- 16:11 07.02.2026
“Barselona” rəhbərliyi Avropa Superliqası layihəsindən çıxmaq qərarı qəbul edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə katalon klubunun rəsmi mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 7 fevral, şənbə günü “Barselona” rəsmi olaraq Superliqa rəhbərliyinə iştirakdan imtina etdiyini bildirib.
Xatırladaq ki, Superliqa 2021-ci ildə bir neçə Avropa nəhəngi tərəfindən yaradılıb. Layihənin inkişafına xüsusi töhfəni Madridin “Real” klubunun prezidenti Florentino Peres verib. Turnir Çempionlar Liqasının əvəzini yaratmaq məqsədi daşıyırdı, lakin əsas avrokubokun formatının dəyişməsi və UEFA tərəfindən edilən təhdidlər səbəbindən demək olar ki, bütün klublar Superliqadan çəkilib.
Sonadək iştirak edən klublar arasında “Barselona” və “Real” da var idi. İndi isə yalnız “kral klubu” tək qalıb.