- İspaniya L.L.
- 16:11 07.02.2026
“Real Madrid” İspaniya çempionatının səfər oyunu çərçivəsində “Valensiya” ilə qarşılaşmaya hazırlaşır.
90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloa bu matçda dörd futbolçunun xidmətindən yararlana bilməyəcək.
Siyahıya sarı vərəqələrin limitini doldurduğu üçün cəzalı duruma düşən Vinisius, həmçinin zədəli olan Cud Bellinqem, Eder Militao və Rodriqo daxildir.
Bununla yanaşı, Arbeloa Trent Aleksander-Arnold, Antonio Rüdiger və Ferlan Mendinin komandaya qayıdışına ümid edə bilər.
“Valensiya” – “Real Madrid” oyunu fevralın 8-də, Moskva vaxtı ilə saat 23:00-da start götürəcək. “Kral klubu” hazırda turnir cədvəlinin lideri “Barselona”dan bir xal geri qalır.