- İspaniya L.L.
- 23:56 07.02.2026
İspaniya La Liqasının 23-cü turu çərçivəsində “Barselona” və “Malyorka” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma İspaniyanın Barselona şəhərində yerləşən “Spotify Kamp Nou” stadionunda keçirilib.
Görüşün baş hakimi Uelva təmsilçisi Alexandro Kintero Qonsales olub. Matçda üstün oyun nümayiş etdirən meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Hesabı 29-cu dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski açıb. 61-ci dəqiqədə Lamin Yamal fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə yarımmüdafiəçi Mark Bernal qoyaraq yekun hesabı müəyyənləşdirib – 3:0.
Bu nəticədən sonra “Barselona” 23 turdan sonra 58 xal toplayaraq turnir cədvəlinə liderlik edir. “Malyorka” isə 24 xalla 13-cü pillədə qərarlaşıb.
Növbəti turda “Malyorka” fevralın 15-də evdə “Betis”lə qarşılaşacaq. “Barselona” isə bir gün sonra səfərdə “Jirona”nın qonağı olacaq.