8 fevral 2026. Bazar günü

Yamal “Barselona”da şəxsi rekordunu yenilədi


Yamal “Barselona”da şəxsi rekordunu yenilədi

“Barselona”nın vingeri Lamin Yamal “Malyorka” ilə oyunda (3:0) da qolsuz qalmayıb.

90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu qarşılaşmanın 61-ci dəqiqəsində fərqlənərək “mavi-qranatlar”ın ikinci qolunun müəllifi olub. Bununla da Yamal bütün turnirlər üzrə ardıcıl beşinci oyunda qol vuraraq şəxsi rekordunu yeniləyib.

Daha əvvəl gənc futbolçu klub səviyyəsində ardıcıl dörd və ya daha çox matçda fərqlənməmişdi.

Qeyd edək ki, Lamin Yamal bundan əvvəl “Real Oviedo”, “Kopenhagen”, “Elçe” və “Albasete”nin qapısına yol tapmışdı.

Cari mövsümdə “Barselona”nın heyətində 30 oyuna çıxan Yamalın aktivində 15 qol və 13 məhsuldar ötürmə var.







İspaniya L.L.

“Barselona” 3 xalı 3 qolla qazandı
  • İspaniya L.L.
  • 22:21 07.02.2026
“Barselona” 3 xalı 3 qolla qazandı